Ernest Nfor turun oyunçusu seçildi
04.02.2014 - 11:52
Ernest Nfor turun oyunçusu seçildi

“Neftçi”nin hücumçusu Ernest Nfor Topaz Premyer Liqasında XIX turun ən yaxşı oyunçusu seçilib. Apasport.az saytının məlumatına görə, “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasında təqdim etdiyi məlumatlara əsasən, 28 yaşlı kamerunlu arxada qalan turda hamıdan yaxşı olub.

 

Şirkət turla bağlı digər statistik məlumatları da açıqlayıb. Turun rəmzi yığmasında daha çox “Neftçi”nin futbolçusu yer alıb. Paytaxt təmsilçisinin 4 üzvü bura daxil edilib.

 

Qapıçı – Saşa Stamenkoviç (Neftçi)

Müdafiəçilər – Bruno Bertuççi (Neftçi), Bədavi Hüseynov (Qarabağ), Tieqo Vilyam (Xəzər Lənkəran), Maksim Medvedev (Qarabağ)

Yarımmüdafiəçilər – Cavid İmamverdiyev (Neftçi), Manuel Skarlatake (Xəzər Lənkəran), Flavinyo (Neftçi), Junior Vilson (Bakı)

Hücumçular – Ernest Nfor (Neftçi), Tiaqo Ribeyro (Rəvan)

 

Ötən tur topa ən çox nəzarət “Qarabağ” komandasında olub – 65%. Ağdam təmsilçisi dəqiq ötürmələrə görə də fərqlənib (89%). AZAL ən çox hücum quran (121), “Qəbələ” isə rəqib qapısına ən çox zərbə endirən tərəfdir (18). “Simurq” 8 künc zərbəsi ilə, “Rəvan” isə 5 oyundan kənar vəziyyətlə fərqlənib.