Ərsun Yanal daha 2 il “Fənərbaxça”da
21.05.2014 - 22:39
Ərsun Yanal daha 2 il “Fənərbaxça”da

 

“Fənərbaxça” futbol klubunun baş məşqçisi Ərsun Yanal komanda ilə müqaviləsini uzadıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis daha 2 illik müqaviləyə imza atıb.

 

İmzalama mərasimi “Şükrü Saracoğlu” stadionunda həyata keçirilib. Yanal “Fənərbaxça”da ildə 1 milyon 750 min dollar alacaq.

 

Baş məşqçi imzalama mərasimindən sonra jurnalistlərə açıqlama verib: “Biz böyük ailəyik. Bu ailədə çalışmaq qürur verir. Qarşımızdakı mövsümdə uğurlarımızı ənənəyə çevirmək istəyirik. Başqanımıza və klub rəhbərliyinə təşəkkür edirəm. “Fənərbaxça”nın 20-ci dəfə çempion olması üçün əlimdən gələni edəcəyəm”.