Əsgər Abdullayev: Hakimdə dəqiqlik, dürüstlük çatışmırdı
12.03.2014 - 18:44
Əsgər Abdullayev: Hakimdə dəqiqlik, dürüstlük çatışmırdı

“Rəqibin güclü olduğunu bilirdik. Premyer Liqada öz sözünü demiş, köklü komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Araz Naxçıvan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

 

I divizionda mübarizə aparan “Araz Naxçıvan” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Xəzər Lənkəran”la bərabərə qalıb. Abdullayev matçdan sonra təşkil edilən mətbuat konfransında növbəti mərhələyə yüksəlmək şanslarının olduğunu söyləyib: “Səkkiz ay yarımlıq komanda ilə müqavimət göstərməyə çalışdıq. Qalib gəlmək istəyirdik, amma alınmadı. Lənkərandakı oyun da asan olmayacaq. Rəqib çox güclüdür. Şansımız az olsa da, dəyərləndirməyə çalışacağıq. Heyət seçimində səhv etdiyimi düşünmürəm. Hakimdə dəqiqlik, dürüstlük çatışmırdı, bəzi epizodlarda səhv etdiyini düşünürəm. Qapıçımız bu gün yaxşı oynadı, onun gələcəyinə inanıram”. 

 

Qeyd edək ki, “Araz Naxçıvan” – “Xəzər Lənkəran” görüşü 1:1 hesabı ilə başa çatıb. Cavab matçı martın 19-da Lənkəranda baş tutacaq.

0