Estoniya millisinin futbolçusu ölkəmizə gəldi
10.05.2014 - 10:53
Estoniya millisinin futbolçusu ölkəmizə gəldi

Estoniya milli komandasının və “Rəvan”ın futbolçusu Dmitri Kruqlov Bakıya qayıdıb. Bunu apasport.az saytına futbolçunun özü məlumat verib.
 

Çiyin vətərəsi qopduğu üçün mövsümü erkən başa vuran Kruqlovun bura gəlməsində məqsədi mayın 31-dək müqaviləsi olan “Rəvan”ın həkimlərindən müalicə kursu almaqdır. Futbolçu daha sonra vətəni Estoniyaya qayıdacaq.

Qeyd edək ki, Dmitri Kruqlov mövsüm sona çatan kimi “Rəvan”dan ayrılacaq.