Estoniyada iki heç-heçə
31.03.2014 - 10:12
Estoniyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2 yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz hazırlıq prosesi çərçivəsində yerli klubları sınağa çəkib.
Hər iki qarşılaşma heç-heçə başa çatıb. "Kalev"in əvəzedici heyətinə qarşı keçirilən matç qolsuz başa çatıbsa, "Levadiya"nın U-19 komandası ilə qarşılaşmada tərəflər hərəyə 1 qol vurub. Bu görüşdə yığmamızın qolunu Elvin İmanlı vurub.
Mənbə: affa.az
0
0