Etame Mbilla: Pulumu hələ verməyiblər
15.05.2014 - 11:40
Etame Mbilla: Pulumu hələ verməyiblər

“Mənim keçmiş klubumla problemlərim var. Onlar mənim 6 ay maaşımı kəsdilər və hələ də ödəməyiblər”. Bunu apasport.az saytına açıqlamasında  “Xəzər Lənkəran”ın hücumçusu Etame Mbilla deyib.

 

Kamerunlu hücumçu vaxtilə Türkiyədə şərəfini qoruduğu “Adanaspor” klubunun vitse-prezidenti Nurrəddin Koçun onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. Türkiyə klubunun rəsmisi iddia edir ki, Mbilla müqaviləsini birtərəfli şəkildə pozub və təzminat ödəməlidir.

 

 Cənub klubunun forvardı isə bütün bunları təkzib etdi: “Müqaviləm 2013-cü ilin mayında bitdi və ordan ayrıldım. Onların iddiaları yalandır. Mənim işim futbol oynamaqdır. Heç kim haqqında pis danışmaq istəmirəm.  İstəmirəm ki, keçmiş problemlər mənə mane olsun. Bəlkə bir gün yenə Türkiyəyə gedəcəm. Düzgün danışmaq lazımdır. Mənim heç kəsə borcum yoxdur. Onların mənə ödəyəcəyi pullar var”.