Mahaçaqalanın “Anji” futbol klubunun sahibi Süleyman Kərimov “Çelsi”nin hücumçusu Samuel Eto’O-ya Dağıstan komandasının baş məşqçisi postunu təklif edib. Apasport.az saytının məlumatına görə, kamerunlu futbolçu təklif üzərində düşünəcəyinə söz verib.
Eto’O 2011-2013-cü illərdə “Anji”də çıxış edib və sonra “Çelsi”yə keçib. Onun London klubu ilə müqaviləsi bu mövsümün sonunda başa çatır.
Hacı Hacıyevin başçılıq etdiyi “Anji” klubu isə bu mövsüm Rusiya Premyer Liqasını tərk edib. Mahaçqala komandası növbəti mövsümü Rusiya futbolunun ikinci dvizionu sayılan Milli Futbol Liqasında oynayacaq.