Eto’O “Arsenal”a istəyir
30.05.2014 - 03:28
Eto’O “Arsenal”a istəyir

 

Kamerunlu futbolçu Samuel Eto’O “Arsenal”a keçmək istəyir. Apasport.az saytının məlumatına görə, Eto’O Joze Mourinyonun onun yaşı ilə bağlı səhvə yol verdiyini sübuta yetirmək niyyətindədir.

 

Yayda “Çelsi” ilə müqaviləsi başa çatacaq futbolçu “topçuların” heyətinə düşməyi ən optimal variant sayır. Artıq 33 yaşlı oyunçunun agentləri “Arsenal” nümayəndələri ilə əlaqə saxlayaraq, onun Venqerin komandasının bir hissəsi olmağa hazır olduğunu bildiriblər.

 

Samuel Eto’O bir sıra klublardan dəvət alsa da, İngiltərədə qalmağa üstünlük verir.