Eto’O rəsmən “Everton”da
27.08.2014 - 01:31
Eto’O rəsmən “Everton”da

 

“Çelsi”nin keçmiş futbolçusu Samuel Eto’O “Everton”la müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, vaxtilə “Barselona” və “İnter” kimi klublarda oynayan 33 yaşlı kamerunlu hücumçunun müqaviləsi 2 il üçün nəzərdə tutulub.

 

Eto’O ötən mövsüm “Çelsi”nin heyətində 21 oyun keçirib və 9 qol vurub. Mövsümün sonunda müqaviləsi başa çatan futbolçu azad agentə çevrilib.