Eto O gəncliyində Fransa hökumətindən gizlənib
02.04.2014 - 06:53
“Çelsi” futbol klubunun hücumçusu Samuel Eto O gəncliyində Fransada qeyri-leqal mühacir kimi yaşadığını etiraf edib. Apasport.az saytının məlumatına görə, kamerunlu futbolçu professional karyerasının başlanğıcında Paris hökumətindən gizlənib.
“Mən Fransaya gedəndə, orada hətta sənədsiz qalmaq qərarına gəldim” - deyə, Eto O bildirib: “Fransaya viza ilə cəmi 10 günlük səfər etdim. Marseldə, Avinyonda oldum, sonra isə Parisdə qalmaq qərarına gəldim. Orada bir neçə ay yaşadım. Bütün bu müddət ərzində deportasiya olunacağımdan qorxaraq, küçədə görünməməyə çalışırdım”.
0
0