Eto’O “Everton”a keçir
26.08.2014 - 04:03
Eto’O “Everton”a keçir

 

“Çelsi”nin keçmiş hücumçusu Samuel Eto’O yaxın günlərdə “Everton”un futbolçusu ola bilər. Apasport.az saytının məlumatına görə, “Everton”un baş məşqçisi Roberto Martines hücum xəttində rəqabəti gücləndirmək istəyir.

 

Qeyd edək ki, klub bir müddət öncə Romelu Lukakunu alıb. Hücum xəttində rəqabət yarada biləcək digər futbolçu isə “Mançester Yunayted”in hücumçusu Dani Uilbek ola bilər.

 

Bundan əvvəl Eto’O-nun “Liverpul”a keçəcəyi iddia edilirdi. Amma klub Mario Balotelli ilə anlaşandan sonra Eto’O ilə razılaşma imzalamaqdan vaz keçib. Kamerunlu hücumçu “Everton”la 2 illik müqavilə bağlamaq istəyir və buna görə də məvacibinin azaldılmasına da razıdır.