Əvvəl “Qarabağ”, sonra “İnter”
11.07.2014 - 17:00
Əvvəl “Qarabağ”, sonra “İnter”

Avropa Liqasının II təsnifat mərhələsi Azərbaycan və İsveç klublarının qitə miqyaslı turnirlərdə ikinci dueli ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” klubu İsveç “Elfsborq”u ilə görüşəcək.

 

Bunadək iki ölkə təmsilçiləri yalnız 1 dəfə qarşılaşıb. 2013/14 mövsümündə Avropa Liqasında “Qarabağ” İsveç səddi ilə üzləşmişdi.

 

Ağdam təmsilçisi “Gefle” ilə qarşılaşmalarda uğurla çıxış edə bilmişdi. Təmsilçimiz Bakıda 1, səfərdə 2 cavabsız qolla mərhələ keçmişdi.