[b]Əvvəl Messi, daha sonra Ronaldo[/b]
12.12.2014 - 20:50
[b]Əvvəl Messi, daha sonra Ronaldo[/b]

UEFA "Real"ın Kriştianu Ronaldo da daxil olmaqla, 8 futbolçusunu dopinq-testdən keçirib. Apasport.az saytının məlumatına görə, ali futbol qrumu portuqaliyalı hücumçu ilə yanaşı Serxio Ramos, Toni Kroos, İsko, Pepe, Marselo, Keylor Navas və Luka Modriçdən qan və sidik nümunəsi götürüb.

 

UEFA nümayəndələri qan analizini Madrid klubunun bazasında alıb.

 

Qeyd edək ki, UEFA daha əvvəl "Barselona"nın 5 futbolçusu ilə birgə, Lionel Messidən də dopinq-testi götürüb. Bununla bağlı argentinalı oyununçu sosial şəbəkədə “seçilən 5 nəfərdən qan və sidik nümunəsi analizi verən tək mənəm. Qəribə deyil?” – deyə bildirib.