Eysebio ilə bağlı film çəkiləcək
27.01.2014 - 21:35
Eysebio ilə bağlı film çəkiləcək

Portuqaliya futbolunun əfsanəsi Eysebio ilə bağlı film çəkiləcək. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, bu ekran əsəri cari ilin may ayında kinoteatrlarda nümaiş etdiriləcək.

 

Məlumatlara görə, filmdə mərhumun futbolçu karyerası və gündəlik həyatından bəhs edəcək. 93 dəqiqəlik filmin adı “Kral”dır.

 

Qeyd edək ki, Eysebio bu ilin 5 yanvar tarixində vəfat edib.