Əziz Yıldırım “Qarabağ”ın rəqib futbolçusunu istəmədi
01.09.2014 - 23:43
Əziz Yıldırım “Qarabağ”ın rəqib futbolçusunu istəmədi

“Fənərbaxça” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Sent-Etyen”in hücumçusu Mevlüt Erdinçdən imtina edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi İsmayıl Qartalın istədiyi futbolçuya klub prezidenti Əziz Yıldırımdan veto gəlib.

 

Belə ki, yerli forvarda üstünlük verməyi düşünən çalışdırıcıya komandanın sahibindən “yox” cavabı gəlib.

 

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”lə ilk oyununu sentyabrın 18-də evdə keçirəcək. Cavab matçı isə noyabrın 27-də Bakıda reallaşacaq.