Falkao “Real”da?
30.08.2014 - 06:30
Radamel Falkao bu mövsümdən etibarən “Real Madrid”in şərəfini qoruyacaq. Apasport.az saytının məlumatına görə, belə bir iddia ilə tanınmış italiyalı jurnalist Tankredi Palmeri çıxış edib.
Palmrinin məlumatına görə, klublar Falkaonun keçidi ilə bağlı avqustun 28-də axşam Monte-Karloda – Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından dərhal sonra razılığa gəliblər. Bunun tam transfer və ya icarə olacağı barədə hələlik heç bir məlumat yoxdur.
0
0