"Monako”nun ulduz futbolçusu Radamel Falkao növbəti dəfə ciddi zədə ilə üzləşib. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşlı hücumçu sol dizindən xəsarət alıb.
Təcrübəli forvard Fransa kuboku çərçivəsində keçirilən “Monts Or Azerques”lə matçında sıradan çıxıb. Birinci hissənin sonuna yaxın zədələnən futbolçu meydanı xərəklə tərk edib. Onun zədəsinin ciddi olduğu və bu il Braziliyada keçiriləcək dünya çempionatında yığma komandasının heyətində çıxış edə bilməyəcəyindən qorxulur.
Qeyd edək ki, Kolumbiya millisinin də üzvü olan Falkao bu yay Madrid “Atletiko”sundan Fransa klubuna keçib.