Fariz Yusifov Premyer Liqaya qayıtdı
02.10.2014 - 10:47
Topaz Premyer Liqasının I turundan təxirə salınmış “Bakı” – “Simurq” görüşünü idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu matçı sabiq FİFA referisi Fariz Yusifov idarə edəcək.
2 oktyabr
16:00 “Bakı” – “Simurq”
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Ömər Paşayev
Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu
Qeyd edək ki, Fariz Yusifov ötən tur Qusarda qolsuz başa çatmış I dəstənin “Şahdağ” – “Bakılı” matçını idarə edib.
0
0