Futzal üzrə Avropa çempionatında 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Belçikanın Antverpen şəhərində təşkil olunan yarışın ilk yarımfinalçıları müəyyənləşib.
1/4 finalın ilk günün yarışın favoritlərinin qalib gəlməsi ilə nəticələnib.
B qrupunda mübarizə aparmış Rusiya və Portuqaliya qalib gələrək, finalın bir addımlığınadək irəliləyib. Şimallılar Rumıniyanı 6 cavabsız qolla darmadağın ediblər. Portuqaliya isə A qrupunda qol buraxmadan qalib olan Ukraynanı mübarizədən kənarlaşdırıb. 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.
Futzal üzrə Avropa çempionatının final mərhələsi
1/4 final
3 fevral
Ukrayna – Portuqaliya – 1:2
Rumıniya – Rusiya – 0:6
Qeyd edək ki, Belçikadakı qitə çempionatına qatılan Azərbaycan yığması mübarizəni qrupda dayandırıb.