Fernando Qabi: Son dəqiqələrdə məğlub olmaq pis hissdir
29.05.2014 - 08:00
Fernando Qabi: Son dəqiqələrdə məğlub olmaq pis hissdir

“Hər birinizə minnətdarlığımı bildirirəm. Azərbaycanda bizi çox isti qarşıladılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya “Atletiko”sunun futbolçusu Fernando Qabi deyib.

 

Bakıya səfər edən Madrid təmsilçisinin üzvləri arasında olan ölkə çempionunun kapitanı fikirlərini açıqlayıb: “Son mövsüm olduğu kimi yeni mövsümdən də hər bir kubok uğrunda mübarizə aparacağıq. Çempionlar Liqasının finalına gəldikdə isə son dəqiqələrdə məğlub olmaq pis hissdir. Məncə, bu, bizim gələn il daha da yaxşı hazırlaşmağımıza kömək edəcək".

 

Mənbə: fcbaku.com