Ferqüsson Harvardda dərs deyəcək
05.04.2014 - 05:27
Ferqüsson Harvardda dərs deyəcək

 

“Mançester Yunayted”futbol klubunun keçmiş baş məşqçisi ser Aleks Ferqüsson Harvard universitetində dərs deyəcək. Apasport.az saytının məlumatına görə, o, “Əyləncə, media və idman sahələrində biznes” mövzusunda mühazirə kursu oxuyacaq.

 

Şotlandiyalı mütəxəssis Harvardda gələn aydan dərs deməyə başlayacaq. O, belə bir məşhur tədris ocağında dərs demək imkanının yaranmasına sevindiyini vurğulayıb: “Mən həmişə Harvardı ziyarət etməyə sevinmişəm. Ümid edirəm ki, tələbələr və müəllimlərlə münasibətlərimi inkişaf etdirə biləcəyəm”.

 

Aleks Ferqüsson “Mançester Yunayted”ə 1986-2003-cü illərdə başçılıq edib. 13-cü İngiltərə çempionluğunu yaşayandan sonra məşqçi karyerasını başa vurub. 2012-ci ildə “Old Trafford” stadionunun yaxınlığında Ferqüssonun heykəli ucaldılıb.