FİFA-nın İcraiyyə Komitəsinin sabiq üzvünə 90 günlük cəza
12.10.2015 - 17:34
FİFA-nın İcraiyyə Komitəsinin sabiq üzvünə 90 günlük cəza

FİFA-nın İcraiyyə Komitəsinin sabiq üzvü Voravi Makudi cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, qurumun etika komitəsi Tailand Futbol Federasiyasının sabiq prezidentini 90 günlük cəzaya məruz qoyub.

 

Makudinin 3 ay müddətində futbol fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulub. Qərar çıxarıldığı gündən dərhal qüvvəyə minib.

 

Qeyd edək ki, Makudi 2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarının final mərhələlərinin ev sahiblərinin seçilməsi ilə bağlı məsələ ilə bağlı araşdırmalar zamanı istintaqa cəlb olunub.