FİFA “Bakı”nın cəzasını verdi
08.02.2014 - 00:01
FİFA “Bakı”nın cəzasını verdi

“Bakı” klubuna yeni futbolçu transfer etməsinə qadağa qoyulub. Apasport.az saytının məlumatına görə, Bolqarıstan mətbuatının iddiasına əsasən, sabiq futbolçusu Ruslan Leviqaya “atan” bakılılar FİFA-nın cəzası ilə üzləşiblər.

Həmkarlarımıza inansaq, paytaxtın eyniadlı təmsilçisi iki “transfer pəncərəsində” oyunçu ala bilməyəcək. Bu üzdən də bolqarıstanlı hücumçu Spas Delevin keçidində problem yaranıb.

Bildirilir ki, “Bakı”nın baş məşqçisi Milinko Pantiç İspaniyanın aşağı dəstə təmsilçisi “Las Palmas”ın çalışdırıcı olan həmyerlisi Branko Milovanoviçlə danışaraq keçidlə bağlı razılıq da əldə edibmiş. Lakin FİFA-nın cəzası “Bakı”nın arzusunu gözündə qoyub. Əgər təmsilçimiz futbolçunun haqqını bərpa edib pulunu verməzsə, cəza müddəti daha da uzadılacaq.