FİFA “Real” və “Atletiko”da da yoxlamalara başlayır
03.04.2014 - 06:53
FİFA “Real” və “Atletiko”da da yoxlamalara başlayır

 

“Barselona” futbol klubu FİFA-nın yeni oyunçular almaq qadağasından apelyasiya verəcək. Apasport.az saytının məlumatına görə, klub gənc oyunçuların hansı əsasla transfer edildiyini izah etmək niyyətindədir.

 

“Barselona”nın nümayəndəsi qərarın düzgün olmadığını bildirib: “Biz sakitliyimizi qoruyuruq. Bizim apelyasiya vermək və futbolçuları hansı əsasla transfer etdiyimizi izah etməyimiz üçün 90 günümüz var”.

 

Xatırladaq Ki, FİFA futbolçuların transferi və 18 yaşlı oyunçuların qeydiyyatı zamanı qayda pozuntuları aşkar edərək, “Barselona”ya 2015-ci ilin yayına qədər yeni futbolçu almağı qadağan edib.

 

Bu arada FİFA-nın Madridin “Real” və “Atletiko” klubları ilə də bağlı analoji yoxlamaya başladığı bildirilir.