FİFA agenti: Abdullayev Rusiyada oynaya bilər - MÜSAHİBƏ
16.01.2014 - 12:54
FİFA agenti: Abdullayev Rusiyada oynaya bilər - MÜSAHİBƏ

Rusiyalı FIFA agenti Rüstəm Rəcəbovun apasport.az saytına müsahibəsi

- “Neftçi”nin Antalyada keçirdiyi ilk yoxlama oyununu izləyənlər arasında olmağınızın səbəbi nədir?
- Bu komandada bizim futbolçu var. Samir Məsimov bizim oyunçudur. Onu Moskva “Lokomotiv”indən gətirmişik.

- Albaniya “Partizani”si ilə oyunu izləmişkən digər futbolçulara da diqqət yetirmək imkanınız var. “Neftçi”dən kimi fərqləndirrə bilərsiniz?
- Burda bir yaxşı futbolçu var. O da 9 nömrədir, Flavinyonu deyirəm. Bu futbolçu Rusiya Premyer Liqasında rahat çıxış edə bilər.

- Bəs onu aparmaq fikriniz yoxdur?
- Biz onu ötən il istəyirdik. “Rubin”ə aparacaqdıq. Lakin özü istəmədi. Klub prezidentinin ona villa verdiyini, burada hər şeydən razı olduğunu dedi.

- İndi həmin məsələ aktuallığını itirub?
- Flavinyonu istəyən istefaya göndərilən Kurban Berdıyev idi. Biz də bu məsələyə qayıtmaq istəmirik.

- Amma “Rubin”də Azərbaycanın digər təmsilçisi - elə “Neftçi”nin yetirməsi olan Ruslan Abışov da var...
- Onun kluba necə düşdüyünü bilmirəm. Lakin Abışov çox zəifdir. Onun yeri Premyer Liqa deyil. Rusiyanın I dəstəsində daha rahat oynayar. Autsayderləri demirəm, ortabab I dəstə klublarına fayda verə bilər.

- “Partizani” oyununu ilk 45 dəqiqəsi başa çatıb (söhbət dünən olub). “Neftçi”də ilk yarıda kimi bəyəndiz?
- İki nəfəri. Biri Flavinyodur. Digəri isə 7 nömrəli futbolçu = hesabı açan oyunçu. Məncə o da Rusiya premyer Liqasında oynamaq gücündədir.

- Siz Araz Abdullayevi nəzərdə tutursuz. 22 yaşlı futbolçumuz vaxtilə “Everton”la müqavilə imzalayıb, “Panionios”da çıxış edib... Onu Rusiya klublarına aparmağınız mümkündürmü?
- Gənc olması da müsbət amildir. Amma 45 dəqiqə çox azdır. Hələ 2-3 oyununa da baxmaq lazımdır ki, nəsə edək. Həm də baxır Rusiya klubları hansı möveyə oyunçu axtarır, onlara kim lazımdır.

- Bəyəndiyiniz barziliyanın meydanda olan həmyyerliləri necə təsir bağışlayır?
- Mərkəz müdafiəçisi (Karlos Kardosonu nəzərədə tutur) sanki artıq çəki ilə oynayır.

- “Neftçi”dən baqşa hansı Azərbaycan klubunu izləmisiz?
- “Qəbələ”nin Qazaxıstan klubu ilə oyununu izlədim. Xoşuma gəldi. Yaxşı komandadır.

- Ordan kimisə aparamq və ya ora gətirmək fikriniz yoxdur?
- “Qəbələ”də yaxşı futbolçular çoxdur. Amma Yuri Syomin onları buraxmaz. Onun futbolçusunu apara bilmərik. Təklif etmək isə... məncə onların yetərincə ayxşı oyunçusu olduğundan buna ehtiyac yoxdur.

- Başqa hansı klubumuzu izləməyi planlaşdırırsız?
- “Qarabağ”ın da oyununa baxacağıq. Onlar haqda da məlumatımız var. Bunun üçün oyunlarınız izləycəəyik.

- Özünüz çoxdan bu sahədəsiniz?
- Beş ildir FİFA agentiyəm. Şişkin, Kovalçuk kimi oyunçular mənimlə çalışıb. Vaxtilə özüm də “Torpedo”nun əvəzedici heyətində oynamışam. Lakin karyeramı tez bitirdim. Bir tərəfim özbəkistanlıdır.