FİFA əfsanəvi almanı cərimələdi
17.02.2016 - 21:17
FİFA Etika Komitəsi əfsanəvi almaniyalı futbolçu, "Bavariya"nın fəxri prezidenti Frants Bekkenbaueri cərimələyib. Apasport.az saytının məlumatına görə, buna səbəb alman futbol funksionerinin ali futbol qurumu ilə əməkdaşlıq öhdəlilərini pozması olub.
Belə ki, FİFA 2018-ci ildə Rusiyada və 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatlarını araşdırarkən bir neçə dəfə keçmiş futbolçuya müraciət edib, o isə cavablandırmayıb.
F.Bekkenbauer komitə ilə əməkdaşlıqdan imtina etdiyi üçün 7 min İsveçrə frankı məbləğində cərimə ödəməli olacaq. Ona həm də xəbərdarlıq elan edilib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0