FİFA ən böyük kompensasiyanı hansı kluba verəcək?
09.01.2015 - 00:07
FİFA ən böyük kompensasiyanı hansı kluba verəcək?

FİFA DÇ-2014-də çıxış edən futbolçulara ayrılan kompensasiyanın dəyərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ümumi fond 70 milyon dollardan yüksədi.

 

Ali futbol qurumu isə ən çox “Bavariya”nın oyunçularına – 1 milyon 734 min 367 dollar verəcək. Madrid “Real”ının qazancı 1 milyon 297 min 800 dollar təşkil edir.

 

Bu kompensasiyan 1 milyon 253 min 233 dolları “Çelsi”nin və 1 milyon 191 min 167 dolları isə “Barselona”nın payına düşür.

 

Qeyd edək ki, FİFA-dan kompensasiyanı 57 dövlətdən 396 klub alacaq.