FİFA Lassana Diarranı Avropadan didərgin saldı
12.02.2015 - 00:02
FİFA Lassana Diarranı Avropadan didərgin saldı

FİFA “Lokomotiv”in sabiq yarımmüdafiəçi Lassana Diarranı Avropadan didərgin salıb. Apasport.az saytının məlumatına görə, bu haqda 29 yaşlı futbolçunun özü rəsmi “tvitter” səhvəsində yazıb.

 

O bildirib ki, ali futbul qurumu onu “Köhnə qitə”nin 4 güclü çempionatlarında çıxış etməsinə icazə verməyib: “FİFA-ya təşəkkür edirəm. Siz böyük iş görmüsüz Siz mənə Fransa, Almaniya, İtaliya və İngiltərədə oynamağa icazə vermədiniz. Ona görə də mən Yamaykada çıxış edəcəyəm. Bir neçə gün sonra keçmiş komandamla bağlı real tarixi danışacağam”.

 

Qeyd edək ki, Diarra 2014-cü ilin avqustunda "Lokomotiv"lə müqavilənin müddətini birtərəfli qaydada pozub. Həmin vaxtan fransalı oyunçu özünə yeni klub tapa bilməyib. Bunun üçün də o, moskvalılarla kompensasiya məsələsini həll edə bilməyib. Daha sonra Lassana  azad agent statusu almaq üçün “dəmiryolçular”ı FİFA-ya şikayət edib.