FİFA Nigeriya Futbol Federasiyasının fəaliyyətini dayandırdı
10.07.2014 - 00:50
FİFA Nigeriya Futbol Federasiyasının fəaliyyətini dayandırdı

 

FİFA kənar şəxslərin müdaxiləsi səbəbindən Nigeriya Futbol Federasiyasının fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Apasport.az saytının məlumatına görə, sanksiyalar federasiyanın icraiyyə komitəsi üzvlərinin seçilməsi ilə bağlı qayda pozuntuları aradan qaldırılandan sonra götürüləcək.

 

Nigeriya idman naziri Temmi Danqo milli komanda dünya çempionatından qayıdandan dərhal sonra icraiyyə komitəsinin bütün üzvlərini vəzifədən azad edib və təşkilatın rəhbəri postuna Lourens Katikeni təyn edib. Eyni zamanda, təşkilatın keçmiş rəhbəri Aminu Mayqari vətənə qayıdan kimi həbs olunub.

 

FİFA-nın sanksiyasının nəticəsi kimi Nigeriya millisinə, eləcə də klub komandalarına istənilən beynəlxalq və yoldaşlıq oyunlarında iştirak etmək qadağan olunur.