FİFA prezidentinin bank hesabı yoxlanılacaq
13.12.2014 - 11:50
FİFA prezidentinin bank hesabı yoxlanılacaq

İsveçrə parlamenti çirkli pulların yuyulmasına qarşı qanuna bəzi əlavələr edib. Apasport.az saytının məlumatına görə, adıçəkilən ölkənin parlamenti idman sahəsində olan rəsmi şəxslərin də pullarını yoxlamaq qərarına gəlib. Yeni qərardan sonra FİFA prezidenti Yozef Blatterin də bank hesabına nəzarət etmək mümkün olacaq. Bununla bağlı danışan ali futbol qurumunun sabiq müşaviri Mark Pit maraqlı fikir səsləndirib: “Əgər cənab Blatterin hesabında milyonlar yerləşdirilibsə, o buna görə cavab verməli olacaq. Həmin pulları necə qazandığına aydınlıq gətirməlidi”.

 

Qeyd edək ki, 78 yaşlı Blatter 1998-ci ildən FİFA prezidentidi.