Antalyada təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər bugün 4 oyun idarə edəcəklər. Apasport.az-ın məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət yığmamızın “Antalyaspor”un 21 yaşadək oyunçuları ilə görüşündə Elvin Əsgərov ədaləti qoruyacaq. FİFA referisi Rəhim Həsənov isə "Havezse" - "Kukesi" matçında fit çalacaq.
19 yanvar
"Havezse" - "Kukesi"
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Rza Məmmədov
Azərbaycan (U-17) - "Antalyaspor" (U-21)
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov
"Kaysar" - "Dənizlispor"
Hakimlər: Mahir Məmmədov, Rahil Ramazanov, Vüsal Qənbərov
"Muanmar" (U-20) - "Taraz"
Hakimlər: Emin Nağıbəyov, Vaqif Musayev, Elman Musayev