FİFA Suaresin diskvalifikasiyasının səbəblərinə açıqladı
29.06.2014 - 14:59
FİFA Suaresin diskvalifikasiyasının səbəblərinə açıqladı

 

FİFA Uruqvay millisinin futbolçusu Luis Suaresin diskvalifikasiya edilməsinin səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu bütün məsuliyyəti hücumçunun üzərinə qoyub.

 

FİFA-nın açıqlamasında bildirilir ki, Suares hələ də günahını qəbul etmir: “Luis Suares hələ də etdiyi hərəkətdən təəssüfləndiyini bildirməyib və FİFA qaydalarını pozduğunu etiraf etməyib. Suares və Kellini arasında insident, onların topdan çox uzaqda olduqları zaman baş verib. Bu isə ağırlaşdırıcı, futbolçunun bilərəkdən və motivasiyası olmadan atdığı addım sayılır”.

 

 

0