Filippin yığmasının oyunu təxirə salındı
17.02.2014 - 18:45
Martın 5-də Azərbaycan milli komandası ilə yoldaşlı oyunu keçirəcək Filippin yığmasının planları pozulub. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi fevralın sonunda keçirilməli olan xeyriyyə xarakterli görüşdən müvəqqəti imtina edib.
Belə ki, ASEAN ölkələrinin ulduzlarından ibarət yığma ilə görüş bu ay keçirilməyəcək. Bu görüşün martın sonlarında və ya apreldə baş tutması gözlənilir.
Qeyd edək ki, Filippin yığması millimizlə BƏƏ-nin Dubay şəhərində görüşəcək.
0
0