Finişin 2 addımılığında
02.06.2014 - 08:06
Finişin 2 addımılığında

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 8-ci qrupunda mübarizənin başa çatmasına 5 oyun qalıb. Apasport.az saytının məlumatına görə, finişə 5 tur qalmış Azərbaycan millisi 5 komanda arasında 4-cü pillədə qərarlaşıb.

 

Bernhard Lippertin yetirmələri Norveçə 0:1 hesabı ilə uduzduqdan sonra da bu mövqedə qalıb. Finişədək 2 oyunu qalan komandamız yalnız Makedoniya millisini arxada qoyur. Növbəti iki oyununu sentyabrda keçirəcək yığmamız hətta 2-ci yerə nəzəri şanslarını saxlayır. Lakin bunun üçün millimiz ən azı ilk 2 pillədə qərarlaşan rəqibləri udmalıdır.

 

Yer

Komandalar

O

Q

H

M

T/F

Xal

1

Portuqaliya

6

0

0

17-4

18 

2

İsrail

5

3

0

2

17-11

9

3

Norveç 

7

3

0

4

10-17

9

4

Azərbaycan

6

1

1

4

5-12

4

5

Makedoniya

6

1

1

4

3-8

4

 

Qrupda keçirilməli olan oyunlar

13 avqust

Makedoniya – İsrail
 

3 sentyabr

Azərbaycan – İsrail
 

4 sentyabr

Norveç – Portuqaliya
 

8 sentyabr

Portuqaliya – Azərbaycan
 

9 sentyabr

İsrail - Makedoniya