Flavinyo: “Partizan”ın adına əhəmiyyət vermək lazım deyil - MÜSAHİBƏ
13.08.2014 - 15:21
Flavinyo: “Partizan”ın adına əhəmiyyət vermək lazım deyil - MÜSAHİBƏ

“Neftçi” klubunun kapitanı Flavinyonun apasport.az saytına müsahibəsi

 

- Avroliqanın pley-off mərhələsində Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaqsınız. Rəqib haqqında nə deyə bilərsiniz?

- “Partizan” güclü komandadı. Yaxşı heyəti var. Bizi asan oyunlar gözləmir. Amma 2 il öncə yazdığımız tarixi təkrarlamaq istəyirik. Rəqibin adına əhəmiyyət vermək lazım deyil. Biz “Neftçi”nin adı üçün oynamalıyıq.

 

- Belqrad klubunun “Neftçi” üçün tanış rəqib olduğunu nəzərə alsaq, bəxtinizin gətirdiyini deyə bilərik?

- Bəlkə də “Partizan”la iki il öncə oynadığımız oyunlardan onları tanımağımız bizə kömək edəcək. Amma  düşünmürəm ki, məhz buna görə bəxtimiz gətirib. Rəqib daha çox fiziki futbola üstünlük verir. 90 dəqiqə meydanda hərəkət edirlər. Bir sözlə, bizi çətin qarşılaşmalar gözləyir.

 

- İki il öncə Avroliqanın qrup mərhələsində oynadığınız oyunlarda, Bakıda “Partizan”a qol vurmuşdunuz. Bu dəfə də vura biləcəksiniz?

- Əsas komandamızın uğurunu düşünməkdir. Qol vurmaq bundan sonrakı işdir. Təbii ki, “Partizan”a qol vurmaq istəyərəm. Bunun üçün əlimdən gələni edəcəm. Hər kəs əmin ola bilər.

 

- Nikolas Kanales yenidən komandanıza qayıtdı. Düşünürsünüz ki, o, “Neftçi”yə əvvəlki kimi kömək edəcək?

- Əlbəttə ki, kömək edəcək. Kanalesin gəlişinə komandada hər kəs sevinir. Onun bura dönməsi böyük uğurdu. Kanales həm Avroliqada, həm də daxili çempionatda “Neftçi” üçün önəmli qollar vuracaq.

 

- Ölkə çempionatına çox pis başladınız. Səfərdə “Araz- Naxçıvan”a 0:3 hesabı ilə uduzdunuz…

- Bu barədə geniş danışmağa lüzum yoxdur. Hər şey yaxşı olacaq.

 

- “Qarabağ” və “Neftçi” arasında keçirilməli olan Superkubok oyunu təxirə salındı. Bunun sizə xeyri dəyəcək?

- Superkubokun təxirə salınması haqqında danışmağım düzgün olmaz. Bunu klub rəhbərliyi və baş məşqçi deyə bilər ki, xeyri olacaq ya yox. Hər halda, belə məsləhət bilinib ki, oyun təxirə düşüb.

 

Elsevər MƏMMƏDOV