Flavinyo Zaqatalaya aparılmayacaq?
03.04.2015 - 10:20
Flavinyo Zaqatalaya aparılmayacaq?

“Neftçi” Topaz Premyer Liqasının XXVII turunda “Bakı” üzərində qələbə qazansa da, heyətlə bağlı problemlər məşqçilər korpusunu narahat edir. Klubdan apasport.az saytına verilən məlumata görə, zədə səbəbindən ötən turu buraxan paytaxt klubunun kapitanı Flavinyonun durumu ciddiliyini qoruyur.

 

Hələ də fərdi məşqlərlə kifayətlənən braziliyalı yarımmüdafiəçinin kollektivə nə zaman qoşulacağı bəlli deyil. Onun “Simurq”la XXVIII tur matçında iştirakı da sual altındadı. Mətbuat xidmətindən saytımıza verilən məlumata görə, Flavinyo böyük ehtimalla Zaqataladakı qarşılaşmada da iştirak etməyəcək.

 

Bundan əlavə, zədə səbəbindən mövsümü qapayan Məqsəd İsayev də görüşü buraxacaqsa, cəza müddəti bitən Karlos Kardoso və Erik Ramos artıq baş məşqçi Arif Əsədovun ixtiyarındadılar.

 

Qeyd edək ki, “Simurq” – “Neftçi” oyunu aprelin 5-də keçiriləcək.