Foqts tələsdi, qolları görmədi: Bəs hansı legionerlə maraqlandı?
09.02.2014 - 18:51
Foqts tələsdi, qolları görmədi: Bəs hansı legionerlə maraqlandı?

 

Topaz Premyer Liqasının XX turunda  “Xəzər Lənkəran” – “Neftçi” oyununu (2:2) izləyən millimizin baş məşqçisi Berti Foqts Lənkəranı erkən tərk edib. Apasport.az saytının xəbərinə görə, almaniyalı mütəxəssis matçın başa çatmasına 15 dəqiqə qalmış Bakıya qayıdıb.

 

Onun meydan sahiblərinin heyətində avtoqol edən Tiqeo de Xesusla daha çox maraqlandığı bildirilir.

 

Xatırladaq ki, Foqts meydanı tərk edəndən sonra “Xəzər Lənkəran” 2 qol vuraraq, məğlubiyyətdən qaçıb.