Sabah Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qalibin bir qarşılaşmada müəyyənləşdiyi mərhələdə 7 matç baş tutacaq.
Buna səbəb “Araz-Naxçıvan”ın ölkədaxili yarışlarda çıxışlarını dayandırmasıdı.
Muxtar Respublika təmsilçisi “Xəzər Lənkəran”la qarşılaşmalı olduğundan, cənublular istirahət edəcək. Birbaşa 1/4 finala yüksələn Oğuz Çətinin yetirmələrindən fərqli, 8 ən yaxşı arasına düşəcək digər komandalar 1/8 final səddini adlamalıdı.
Mərhələyə eyni saatda başlayacaq iki görüşlə start veriləcək. “Neftçi” I divizionun liderlərindən olan “Qaradağ Lökbatan”ı sınağa çəkəcək. Ölkə kubokunun qalibi matçın aşkar favoriti olduğundan, onların 1/4 finala çıxacağı şübhə doğurmur. Aşağı dəstənin iddialılarından olan “Neftçala” evdə oynasa da, o qədər şanslı sayılmır. Cənublular Premyer Liqada işləri o qədər yaxşı getməyən AZAL-la görüşdə sensasiya etməyə çalışacaq.
“Qarabağ”ın MOİK, “İnter”in “Şahdağ”, “Qəbələ”nin “Ağsu” ilə matçlarda çətinliklə üzləşəcəyi inandırıcı görünmür. Daha çox formal xarakter daşıyan matçlar Premyer Liqa təmsilçiləri üçün asan gəzinti sayıla bilər. Əslində, bu sözləri “Simurq”a da şamil etmək olar. Çətin ki, “Rəvan” Zaqatalada sürpriz edə bilsin.
Günün ən maraqlı oyunu isə Topaz Premyer Liqasında mübarizə aparan iki klubun iştirakı ilə keçiriləcək. Çempionatda o qədər də uğurlu çıxış etməyən “Bakı” ilə “Sumqayıt” favoriti olmayan matçda üz-üzə gələcək.
Azərbaycan kuboku
1/8 final
3 dekabr (çərşənbə)
13:00. “Neftçi” – “Qaradağ Lökbatan”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
13:00. “Neftçala” – AZAL
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
15:00. “Qəbələ” – “Ağsu”
Qəbələ şəhər stadionu
15:00. “Sumqayıt” – “Bakı”
“Kapital Bank Arena”
15:30. “Qarabağ” – MOİK
Tofiq Bəhramov adına Respublika stadionu
17:00. “Simurq” – “Rəvan”
Zaqatala şəhər stadionu
18:00. “Şahdağ” – “İnter”
“İnter Arena” stadionu
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək