Frank Riberi: Daha gülə bilərəm
24.10.2015 - 15:14
Frank Riberi: Daha gülə bilərəm

“Özümü əvvəlkindən çox yaxşı hiss edirəm”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri “Bavariya”nın fransalı futbolçusu Frank Riberi deyib.

 

Uzun müddətdi başı zədəsini sağaltmağa qarışan təcrübəli yarımmüdafiəçi bu ilin sonuna qədər yaşıl meydanlara qayıdacağına ümid edir.

 

Riberi bildirib ki, vəziyyəti tədricən yaxşılaşır: “Daha gülə bilərəm. Çünki çətin günlər geridə qalmaq üzrədi. Çox əziyyət çəkdim, mübarizə apardım. Mənim üçün ağır vəziyyət idi. Xüsusilə də, mənəvi mənada, sıxıntı çəkdim. Amma futbol belədi. Vəziyyətim gündən-günə yaxşılaşır. Əgər hər şey planlaşdırdığımız kimi getsə, qış fasiləsinə qədər yaşıl meydanlara qayıdacam”.