Frank Riberinin 100-cü qolu
07.12.2014 - 00:43
Frank Riberinin 100-cü qolu

“Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, fransalı futbolçu Almaniya Bundesliqasının XIV turunda “Bayer”lə (1:0) görüşdə fərqlənməklə, Münhen klubunun heyətində yubiley qoluna imza atıb.

 

Matçın 51-ci dəqiqəsində rəqibi mərkəzdən başlamağa məcbur edən təcrübəli vinger 100-cu topunu vurub.

 

Qeyd edək ki, 2007-ci ildən “Marsel”dən “Bavariya”ya keçən Riberi münhenlilərin heyətində 287 matçda forma geyinib.