Fransa klubunun azarkeşləri komandalarının ən yaxşı oyununu seçdi
25.12.2014 - 00:08
Fransa klubunun azarkeşləri komandalarının ən yaxşı oyununu seçdi

“Monako" azarkeşləri ilin ən yaxşı oyununu müəyyən etmək üçün sorğu keçirib. Apasport.az saytının məlumatına görə, 2014-cü ilin ən yaxşı matçı Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Zenit”lə qarşılaşma olub.

 

70 faiz azarkeş bu görüşün birinci olması üçün səs verib.  

 

Qeyd edək ki, Sankt-Peterburqda baş tutan matçda “Monako” “Zenit”i 0:2 hesabı ilə məğlub edərək, növbəti mərhəyə keçib.