Fransalı futbolçu “Arsenal”ı tərk edə bilər
11.02.2014 - 02:40
"Arsenal"ın futbolçusu Bakari Sanya klubundan ayrılır. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi mövsüm sonu başqa kluba keçə bilər.
Belə ki, Seneqal əsilli fransalı futbolçu London təmsilçisinin müqavilə yeniləmək təklifini qəbul etməyib. Mövsümün sonunda "topçular"la müqaviləsi başa çatacaq futbolçu ilə "Çelsi" və "Mançester Siti"nin kimi klubların maraqlandığı deyilir.
Qeyd edək ki, Fransa millisinin də üzvü olan Sanya 2007-ci ildə ölkəsinin “Oser” klubundan İngiltərə təmsilçisinə keçib.
0
0