“Beşiktaş”da əsas heyətin dəyişməz simalarında olan Oğuzhan Özyakub karyerasını Fransa çempionatında davam etdirə bilər. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin güclülər dəstəsində mübarizə aparan “Marsel” 21 yaşlı yarımmüdafiəçiyə elçi düşüb.
Məlumatlara görə, gənc futbolçu üçün İstanbula gələn fransızlar “ağ-qaralar”ın son “Bursaspor” matçını stadiondan izləyiblər. Klub nümayəndələrinin Oğuzhanın çıxışını bəyəndiyi və mövsüm sonu “qara qartallara” təklif göndərməyə hazırlaşdığı deyilir.
Qeyd edək ki, Türkiyə millisinin üzvü 2012-ci ildə 500 min avro qarşılığında İngiltərə “Arsenal”ından İstanbul təmsilçisinə keçib. Onun klubu ilə müqaviləsi 2016-cı ilin yayında başa çatacaq. Oğuzhan cari mövsüm Superliqada 14 matça çıxıb və 3 qol vurub.