Fransanın “Lans” klubu 40-45 milyon avro məbləğində transfer büdcəsinə ümid edə bilər. Apasport.az saytının məlumatına görə, bu haqda “L’Equipe” nəşri xəbər verib.
Həmyerlimiz Hafiz Məmmədov tərəfindən maliyyələşdirilən və ölkəmizi təbliğ edən “Azerbaijan Land of Fire” şüarını daşıyan “Lans” Liqa-1-ə vəsiqəni təmin edib və klubun transfer bazarında fəallığı Azərbaycandan yatırılacaq investisiyadan asılı olacaq.
Əgər transfer büdcəsi 40-45 milyon avro olarsa, komandada bir sıra yeni futbolçuların peyda olması gözlənilir. Əgər büdcə az olsa, klub azad agentləri əldə etməyə diqqət ayıracaq.