Frants Bekkenbauer həbs edilə bilər
21.10.2015 - 15:33
Frants Bekkenbauer həbs edilə bilər

Almaniya futbolunun canlı əfsanəsi Frants Bekkenbauerin adı xoşagəlməz məsələdə hallanmağa başlayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Bundestimin sabiq futbolçusu və məşqçisi korrupsiyada şübhəli bilinən FİFA nümayəndələrinin sırasına qatılıb.

 

Ali futbol qurumunun Etika Komitəsi rüşvətxorluqda şübhəli bilinən şəxslərin siyahısını bu gün açıqlamalıdı. Almaniyalı həmkarlarımız həmin siyahıda Bekkenbauerin də adının yer aldığını öyrəniblər. Əgər bu dəqiqləşsə, əfsanəvi futbolçuya da həbs cəzasının kəsiləcəyi gözlənilir.

 

Qeyd edək ki, futbolçu karyerasını 1983-cü ildə bitirən Bekkenbauer 1996-cı ildə isə məşqçilik fəaliyyətinə son qoyub.