Futbolçu qatarda tapılan körpəni oğulluğa götürdü
01.04.2014 - 23:04
Futbolçu qatarda tapılan körpəni oğulluğa götürdü

 

İtaliyanın “Sassuolo” klubunun futbolçusu Floro Flores qatarda oturacaq altında tapılan üçgünlük uşağı övladlığa götürüb. Apasport.az saytının məlumatına görə, futbolçunun özünün 3 uşağı var.

 

Körpənin valideynlərinin tapılmadığını öyrənən 30 yaşlı futbolçu onun taleyinə biganə qala bilməyib: “Balaca Françesko barədə informasiyanı görəndən sonra ürəyimizin çağırışına qarşı getdik. Mən futbolçuyam, amma futbolçudan da əvvəl atayam. Mən qəhrəman deyiləm. Hazırda biz övladlığı qanuniləşdirmək məsələləri ilə məşğuluq”.

 

Həkimlər bildiriblər ki, körpə atılanda cəmi 3-4 günlük olub. Onu Neapol - Avvelino marşrutu ilə hərəkət edən qatarda oturacağın altına qoyulan çantada tapıblar.