Futbolçularımız Norveç klubuna qarşı
25.01.2014 - 17:26
Futbolçularımız Norveç klubuna qarşı
21 yaşadək millimizin üzvləri Tuğrul Eratla Ərən Taşkının çıxış etdiyi “Fortuna” İspaniyanın La-Manqa bölgəsində 2-ci yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, budəfəki rəqib Avropadan olacaq.

Belə ki, “Fortuna” Norveç elitasını ötən mövsüm 7-ci pillədə tamamlamış “Odd” klubu ilə gücünü sınayacaq. Qarşılaşma sabah baş tutacaq.

Qeyd edək ki, “Fortuna” İspaniyada Perunun “Alyansa” klubu ilə qarşılaşıb. İkinci hissədə meydana daxil olan Erat və Taşkının qolları sayəsində Düsseldorf təmsilçisi əzmkar qələbə qazanıb.