Futbolçuların 20 faizi içkiyə meyllidir
04.04.2014 - 03:05
Futbolçuların 20 faizi içkiyə meyllidir

Professional futbolçular assosiasiyalarının beynəlxalq federasiyası (FIFPro) oyunçular arasında onların fiziki və psixoloji vəziyyəti ilə bağlı sorğunun nəticələrini açıqlayıb. Apasport.az saytının məlumatına görə, səsvermədə 180 professional futbolçu iştirak edib.

 

Onlardan 11 faizi qapıçı, 33 faizi müdafiəçi, 33 faizi yarımmüdafiəçi, 23 faizi hücumçu olub. Sorğuda iştirak edənlərin 60 faizi öz ölkələrinin çempionatlarının yüksək diviziyalarında oynayırlar.

 

Rəyi soruşulan oyunçuların 26 faizi etiraf edib ki, müəyyən psixoloji problemləri var və bu zamani ilk növbədə depressiyanı göstərib. 5 faizdə emosional tükənmə, 3 faizdə özünə aşağı qiymət vermə simptomu var. Futbolçuların 10 faizi müxtəlif növ narahatlıqdan əziyyət çəkir. Rəyi soruşulanların 20 faizi alkoqollu içkiyə, 7 faizi siqaretə meylli olduğunu bildirib.