Futbolçumuz 6 oyundan sonra heyətə düşdü
20.02.2014 - 09:40
Futbolçumuz 6 oyundan sonra heyətə düşdü

Davud Kəriminin çıxış etdiyi “Fəthiyəspor” Türkiyənin I dəstəsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Fəthiyə təmsilçisi “Adanaspor”u doğma azarkeşləri önündə qonaq edib.

Kərimi bu il ilk dəfə “18-lik”də yer alıb. Bununla da Davud 6 oyundan sonra ehtiyatda yer alıb. Ancaq onun komandası 45-ci dəqiqədə Ərgin Kələşin vurduğu qolla məğlub olub.

Qeyd edək ki, “Fəthiyəspor” hazırda 25 xalla 14-cü pillədə yer alıb.