Futbolçumuz oynadı, komandası darmadağın oldu
19.01.2014 - 20:25
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında XX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor” növbəti matçına çıxıb.
Dənizli təmsilçisi səfərdə “1461 Trabzon”un qonağı olub. Görüş ev sahibi komandanın 5:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Yunisoğlu isə meydanda 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, Hazırda “Dənizlispor” 19 xalla turnir cədvəlinin 15 pilləsində yer alır.
0
0